...

Bakı şəhər musiqi məktəblərinin konserti olub (FOTO)

Mədəniyyət Materials 6 İyun 2018 01:08 (UTC +04:00)
Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar konsert proqramı təqdim edilib.
Bakı şəhər musiqi məktəblərinin konserti olub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə L. və M. Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təqdim edilib.

Trend-in məlumatına görə, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin ifasında möhtəşəm bayram konserti təqdim edilib. Konsert 11 nömrəli onbirillik musiqi məktəbinin xalq çalğı alətləri orkestrının müşayəti ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertyura” ilə başlayıb.

Daha sonra musiqi məktəblərinin şagirdləri T.Quliyev “Səhər nəğməsi”, A.Rzayev “Düşüncə”, D.Dadaşov “Skertso”, Y.Brams “Macar rəqsi”, Q.Pyern “Kansonetta”, A.Vivaldi “Qasırğa”, Z.Abreu “Tiko-tiko” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Həmçinin S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin sazçalanlar ansamblının ifasında “Azərbaycan” mahnısı, M.Maqomayev adına 26 nğmrəli onbirillik “Fantaziya” violinçalanlar ansamblının ifasında Aleksandr Litvinovun “Daimi hərəkət” əsəri və C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin nağaraçalanlar ansamblının ifasında “Azərbaycan ritmləri” səsləndirilib.

Konsert Birləşmiş xorun ifasında Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti