Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub (FOTO)

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”nin açılışı olub (FOTO)

Bakı. Trend:

Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – Milli Qurtuluş gününə həsr olunan “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub. Qeyd edək ki, ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər təşkil edilir, Azərbaycan mədəniyyət günləri və həftəsi təşkil edilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə bu şəhərdə milli mədəniyyətimizə dair silsilə tədbirlər keçirilib.

Öncə “Azərbaycan mədəniyyəti həftəsi”nin iştirakçıları Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət ediblər.

Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada təşkil olunan açılış tədbirində şəhər hakimiyyətinin, elm, mədəniyyət, gənclər təşkilatları nümayəndələri, şəhərin tanınmış şəxsləri, yerli azərbycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Səmərqənd Vilayət Hakimiyyətinin müavini Toliib Nabiev Azərbaycan xalqını istiqlalının 100 illiyi münasibəti ilə təbrik edib, xalqlarımız arasında dostluq əlaqələrindən danışaraq, istiqlaliyyətin böyük nemət olduğunu və yüz illərlə xalqlarımızın qəlbində yaşatdıqları arzunu gerçəkləşdirdiyini qeyd edib. O, Azərbaycana dair daim Səmərqənddə çoxsaylı tədbirlər keçirən və dostluğumuzu geniş təbliğ edən Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla yanaşı dünyanın çoxsaylı ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirlərinin geniş qeyd olunduğunu və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütövlükdə 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qaldığını söyləyən diplomat, Səmərqənddəki “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində milli musiqimizə dair konsert, moda sərgsi, Azərbaycan filmlərinin nümayişi, foto və kitab sərgisi, Azərbaycan və özbək dilində ölkəmizə dair Bakıda və Daşkənddə nəşr olunmuş kitabların Səmərqəndin aparıcı kitabxanalarına hədiyyə edilməsi mərasimi və s. tədbirlərin keçiriləcəyini bildirib.

Çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sitat gətirərərək indiki müstəqil Azərbaycanın 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisi olduğunu və bugün Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu, güclü dövlətə çevrildiyini qeyd edibilər.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair loqotipi özündə əks etdirən simvolik tort kəsilib və “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.

Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının müğənilləri milli musiqimizi səsləndiriblər. Tanınmış özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa edərək bayram tədbirinə öz töhfələrini vermişlər. Azərbaycanlı saz ustalarının çıxışları isə tədbirə xüsusi rəng verib, tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs qruplarının milli rəqslərimizə dair çıxışlar edib, “Uzundərə”, ”Köçəri” və başqa rəqslərimiz iştirakçılara təqdim olunub.

Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi təqdim edilib, habelə açıq meydanda milli mədəniyyətimizi özündə əks etdirən stend qurulmuş, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız nümayiş olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid və yenicə hazırlanmış Azərbaycanın Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki Yoshlar-Gənclər təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəy və zadəgan geyimlərini, habelə qızlar Qarabağ xanımlarının mərasim geyimlərini sərgiləyiblər.

Tədbir konsert proqramı ilə davam edib və mərasimə yerli mətbuat geniş maraq göstərib.

Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Biz Qarabağı cənnətə çevirəcəyik - Azərbaycanın xalq artisti
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Yuxularımda Ağdamı o qədər görmüşəm ki - Nəzakət Teymurova
Loading Bars
Xəbər lenti
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Bütün xəbərlər