...

Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 13 İyun 2018 19:48 (UTC +04:00)
Onbirillik musiqi məktəbi R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert keçirib.
Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbi R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, konsert SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anım gününə həsr olunub.

Konsert Azərbaycanın görkəmli sənətkarının adını daşıyan musiqi məktəbinin şagirdlərindən ibarət xor kollektivi və xalq çalğı alətləri ansamblının ifası ilə başlayıb.

Daha sonra istedadlı uşaqların ifasında müxtəlif musiqi alətlərində Q.Qarayev, F.Əmirov, A.Əzizov, F.Şopen, C.Rossini Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda milli alətlərdən ibarət kvartetin ifasında “Xalq mövzuları” əsasında popuri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti