...

Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbaz dünyasını dəyişib (FOTO)

Mədəniyyət Materials 4 Avqust 2018 20:45 (UTC +04:00)
Bu gün Azərbaycanın tanınmış rep ifaçısı və daha çox Anar Nağılbaz kimi tanınan Anar Cəbiyev 44 yaşında dünyasını dəyişib
Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbaz dünyasını dəyişib (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Bu gün Azərbaycanın tanınmış rep ifaçısı və daha çox Anar Nağılbaz kimi tanınan Anar Cəbiyev 44 yaşında dünyasını dəyişib.

Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk rep ifaçısı sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə Azərbaycanı təmsil edib. İlk albomunun 1996-cı ildə buraxıb. Anar Nağılbazı Azərbaycan repinin atası adlandırırdılar.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti