...

Bakıda klassik musiqi konserti keçiriləcək

Mədəniyyət Materials 12 Noyabr 2018 19:21 (UTC +04:00)
Konsert Dövlət Akademik Filarmoniyasında baş tutacaq.
Bakıda klassik musiqi konserti keçiriləcək

Bakı. Trend:

Noyabr 24-də saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və istedadlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevskinin ifasında klassik musiqisi konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə Karl Veberin - "Der Freischütz" operasına uvertüra, Lüdviq van Bethovenin - Fortepiano və orkestr üçün 5 saylı konsert, Es-dur, op.73 və Frants Şubertin - Tamamlanmamış simfoniya, h-moll əsərləri səslənəcək.

Biletləri şəhərimizin kassalarında və iticket.az saytında əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti