...

“jAzzeri Bands & Art” kubalı Yanssel Castellon və "Los Amigos" qrupu ilə Bakıda (VİDEO, FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2018 04:50 (UTC +04:00)
Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçirilib.
“jAzzeri Bands & Art” kubalı Yanssel Castellon və "Los Amigos" qrupu ilə Bakıda (VİDEO, FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçirilib.

Trend-in məlumatına görə, “jAzzeri Bands & Art” caz musiqisi axşamında Dihaj, Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova, Elvin Bəşirov çıxış ediblər. Konsertin xüsusi qonağı qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu "Los Amigos" qrupu ilə birgə çıxış edib. Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim ediblər.

Qeyd edək ki, konsertdən öncə Sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi nümayiş edilib.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti