...

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Mədəniyyət Materials 6 Dekabr 2018 08:42 (UTC +04:00)
Görkəmli tarzən və bəstəkar, xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam  edir

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli tarzən və bəstəkar, xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə bəstəkarın mahnıları səsləndi. Xalq artistləri - Teyyub Aslanov - “Salam verdim bir gözələ”, Gülyanaq Məmmədova - “Güllü”, Gülyaz Məmmədova - “Yaşa könül”, əməkdar artistlər - Bəyimxanım Nəbiyeva - “Aldatmayaq bir-birimizi”, Zakir Əliyev - “Gözünə qurban”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Zabitə Alıyeva - “Yenə o bağ olaydı”, Sərxan Bünyadzadə - “Getmə dayan”, Kamilə Nəbiyeva - “Qurban olduğum” mahnılarını ifa etdilər. Konsertin son nömrəsi-“Getmə amandır” mahnısı Gülyaz və Gülyanaq Məmmədovalar və Sərxan Bünyadzadənin ifasında səsləndi.

İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində milli mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Dekabrın 7- də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” adlı layihəsi çərçivəsində "Sarı simin lisanı"adlı konsert keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti