...

Xarici KİV-lər Azərbaycan hekayələrinin Fransa təqdimatından yazdı

Mədəniyyət Materials 5 Aprel 2019 13:34 (UTC +04:00)
Fransada “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib
Xarici KİV-lər Azərbaycan hekayələrinin Fransa təqdimatından yazdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği layihəsi çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” və kitabın təqdimatıyla bağlı Strasburqda keçirilmiş tədbir yerli və xarici KİV-də – Rusiyanın və Belarusun nüfuzlu portallarında geniş işıqlandırılıb.

Mərkəzdən Trend-ə daxil olan məlumatda deyilir:

“Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Fransada ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə Fransanın tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitabda İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının hekayələri yer alıb”.

http://sozvuchie.by/component/k2/item/5957-vo-frantsii-prezentovali-antologiyu-azerbajdzhanskoj-literatury.html

http://fnkaa.ru/во-франции-состоялась-презентация-кн/

https://atalar.ru/vo-frantsii-sostoyalas-prezentatsiya-knigi-antologiya-azerbajdzhanskoj-literatury.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti