...

Musiqi məktəbi hesabat konserti keçirib (FOTO)

Mədəniyyət Materials 13 Aprel 2019 02:39 (UTC +04:00)
T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti keçirib.
Musiqi məktəbi hesabat konserti keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, konsert dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli Dövlət Simfonik Orkestrının müşaiyəti ilə baş tutub.

Məktəbin şagirdləri İ.Bax, V. Motsart, L.Bethoven,E.Qriq, D.Kabalevskiy, A.Rzatevin və T.Quliyevin əsərləri ifa olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələrin qalibləri ilə yanaşı səhnədə ilk addımlarını atan şagirdlər də iştirak ediblər. Həmçinin, respublika xor kollektivləri musabiqəsinin qalibi olmuş məktəbin birləşmiş xor kollektivi konsertdə uğurla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti