...

Pantomima Teatrının direktoru: Teatr işçilərinin maaşlarının 50 faiz artırılması sənət adamları arasında toy-bayrama çevrildi (VİDEO)

Mədəniyyət Materials 21 Aprel 2019 21:38 (UTC +04:00)
Dövlət Pantomima Teatrının direktoru: Prezident cənab İlham Əliyevin verdiyi sərəncam bütün teatrlara bir sevinc gətirdi
Pantomima Teatrının direktoru: Teatr işçilərinin maaşlarının 50 faiz artırılması sənət adamları arasında toy-bayrama çevrildi (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət sahəsini də diqqətdən kənarda saxlamır. Gördüyü işlərin və qayğının davamı olaraq dövlət başçısı aprelin 17-də Azərbaycan teatrının ənənələrinin qorunub saxlanılması və yeni tələblərə uyğun inkişafı məqsədilə hər birinə 100 min manat olmaqla ümumilikdə 12 teatra 1 milyon 200 min manat vəsait ayırdı.

Teatr xadimləri Prezidentin bu qayğısını yüksək qiymətləndirir, dövlətin mədəniyyət sahəsinə çox böyük önəm verdiyini vurğulayırlar.

Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı bu sərəncam bütün teatrlarda sevincə səbəb oldu:

“Pantomima Teatrına da bu sevincdən pay düşdü. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman incəsənət sahəsinə, incəsənət xadimlərinə diqqət yetirirlər. Biz həmişə onların diqqət mərkəzindəyik. Bunun bariz nümunəsi cənab Prezidentin sərəncamı ilə mart ayının 1-dən teatr işçilərinin maaşlarının 50 faiz artırılması idi ki, bu da sənət adamları arasında bir toy-bayrama çevrildi. Bu münasibətlə teatr, incəsənət sahəsində çalışan bütün insanları təbrik edirəm. Sağ olsun Prezident İlham Əliyev, incəsənətə, idmana həmişə diqqət yetirir və biz də bu diqqəti hər zaman hiss edirik".

E.Rəfiyev qeyd edib ki, dövlət başçısının 17 aprel sərəncamı ilə ayrılan maliyyə vəsaiti teatrın maddi-texniki bazasının gücləndirilməsinə sərf olunacaq: "Bildiyimiz kimi, müasir dövrdə tamaşaçılar müasir, heyrətləndirici, qeyri-adi tamaşalara baxmaq istəyirlər. Bunun üçün işıq, səs, səhnə avadanlıqları və s. yenilənməlidir. Güman edirəm ki, Prezident İlham Əliyev tərəfindən ayrılan maliyyə vəsaiti sayəsində tamaşaçılarımız çox maraqlı tamaşalara baxacaqlar".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin “Youtube” kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti