...

Rusiyada təhsil alan azərbaycanlı tələbələrin tamaşaları nümayiş olunacaq

Mədəniyyət Materials 21 İyun 2019 20:45 (UTC +04:00)
24-27 iyun tarixində Rusiyada təhsil alan bu tələbələrin ifasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunacaq.
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin tamaşaları nümayiş olunacaq

Bakı. Trend:

Teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tədbirlər planının 2.11 bəndinə əsasən (müvafiq proqram, saziş və müqavilələr çərçivəsində teatr sənəti ilə bağlı xarici ölkələrdə təhsilalma və əlavə təhsilin təşkili) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə uyğun olaraq 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılmışdır. Tədris prosesi zamanı tələbələr bir neçə tamaşa səhnələşdiriblər.

Trend-in məlumatına görə, bununla bağlı, 2019-cu ilin 24-27 iyun tarixində saat 19:00-da Rusiyada təhsil alan bu tələbələrin ifasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti