...

Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək

Mədəniyyət Materials 18 Oktyabr 2019 20:22 (UTC +04:00)
Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbuluni keçirəcək.
Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin oktyabr ayının 25-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev Əliyev Meydanı 1 ) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti