...

Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Mədəniyyət Materials 30 Oktyabr 2019 13:48 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.
Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Bakı. Trend:

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti