...

Beynəlxalq Muğam Mərkəzinin layihəsində Şirvan aşıqlarının konserti keçiriləcək

Mədəniyyət Materials 7 Noyabr 2019 05:37 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsində Şirvan aşıqlarının konserti təqdim ediləcək
Beynəlxalq Muğam Mərkəzinin layihəsində Şirvan aşıqlarının konserti keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsində Şirvan aşıqlarının konserti təqdim ediləcək.

Trend-n məlumatına görə, AMEA Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin konserti 8 noyabr saat 19:00-da keçiriləcək. "Aşıq musiqisi axşamları"nın budəfəki konsertində Şirvan aşıq məktəbinin nümayəndələri iştirak edir. Gecədə tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər sevilən aşıqların ifaları təqdim olunacaq.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.

Layihənin informasiya dəstəyi Azərtac, Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, "Day.az", "Milli.az", "Vestnik Kavkaza", "Trend.az" və "Asan radio"dur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti