...

“Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək

Mədəniyyət Materials 25 Dekabr 2019 13:46 (UTC +04:00)
İncəsənət Gimnaziyasında “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək
“Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək

Bakı. Trend:

Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, "Sizi tanıyaq” layihəsi çərçivəsində reallaşacaq tədbir imkansız ailələrin övladları, sağlamlıq problemi olan uşaqlar üçün nəzərdə tutulub.

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti