...

Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO)

Mədəniyyət Materials 28 Aprel 2020 15:49 (UTC +04:00)
Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO)

Bakı. Trend:

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi ilə onlayn ustad dərsi təşkil olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib.

Qeyd edilib ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xormeystri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zenfira Nurullayevanın Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi ilə onlayn ustad dərsi təşkil olunub.

Dərs zamanı şagirdlərin sualları cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

Bildirilib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar uşaq musiqi və incəsənət məktəbləri mövcud şəraitdə öz fəaliyyətlərini sosial şəbəkələr üzərindən davam etdirirlər. Bu müddətdə sosial şəbəkələr vasitəsilə şagird və müəllimlərin, gənc istedadların yaradıcılıq uğurlarının işıqlandırılması, təbliği onları yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır.

Məlumata görə, eyni zamanda pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq musiqi təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri daha da genişləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti