...

Nazirlər Kabineti Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib

Mədəniyyət Materials 30 İyun 2021 10:21 (UTC +04:00)
Nazirlər Kabineti Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib

Bakı. Trend:

Nazirlər Kabineti görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.

Trend xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütfi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti