...

Yaxın vaxtlarda Lahıcda yerləşən Ağolu məscidinin bərpasına başlanılacaq (FOTO)

Mədəniyyət Materials 10 Avqust 2021 16:46 (UTC +04:00)
Yaxın vaxtlarda Lahıcda yerləşən Ağolu məscidinin bərpasına başlanılacaq (FOTO)

Lahıc. Çingiz Səfərli - Trend:

Yaxın vaxtlarda Lahıcda yerləşən Ağolu məscidinin bərpasına başlanılacaq.

Trend xəbər verir ki, bu barədə Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev məlumat verib.

O bildirib ki, məscid qəzalı vəziyyətdə olduğu üçün 2020-ci ilin avqustundan fəaliyyətini dayandırıb:

"Altından qrunt suları keçdiyi üçün abidə sürüşür. Məscidin restavrasiyası ilə bağlı layihə hazırlanıb, yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq".

Qeyd edək ki, abidə 1902-ci ildə tikilib.1986-cı ildə aparılan bərpa işləri zamanı ortada yerləşən minarə məscidin sol tərəfinə köçürülüb.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti