...

Azərbaycan Nigeriyada keçirilən mədəniyyət festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 7 Oktyabr 2021 16:48 (UTC +04:00)
Azərbaycan Nigeriyada keçirilən mədəniyyət festivalında təmsil olunub (FOTO)

Bakı. Trend:

Nigeriyanın dövlət müstəqilliyi günü münasibətilə Laqos şəhərində keçirilən “Banana Mədəniyyət Festivalı”nda ölkəmizi “Azərbaycanın Dostları” Təşkilatı təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, festival Nigeriyada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil edilib.

Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimdə “Azərbaycanın Dostları” Təşkilatının prezidenti Billurə Bayramova və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, onlara müxtəlif dillərə tərcümə edilmiş “Arşın mal alan” bədii filminin DVD-ləri və milli mətbəx nümunələri təqdim edilib.

Qeyd edək ki, festivalı Nigeriyanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Laqos şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti