Bakı. Trend:
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Gecədə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə solistlər - orkestrin gənc musiqiçiləri Əminə Zülfüqarova (fleyta), Nərgiz Əliyeva (fleyta), Səbinə Quliyeva (violin), Səbuhi Axundov (viola), Aydan Salamova (violin), Təhminə Xuduzadə (violonçel), Aytac Rzayeva (violin), Aytac Kara (violin), Əsmər Kərimli (violonçel), Kamran Mirzəyev (violin), Şərif Bağırov (klarnet), Ağasəməd Həsənov (valtorna), Nemət Tanrıverdiyev (trombon) rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Proqramda H.Venyavskinin “Əfsanə”, F.Kreyslerin “Prelüd və Allegro”, A.Qlazunovun “Raymonda” baletindən “Böyük Adajio”, D.Şostakoviçin Violonçel və orkestr üçün 1 nömrəli Es-dur, op.107 Konserti (I hissə), L.Bassi-C.Verdinin “Riqoletto” operasının mövzuları əsasında Konsert-Fantaziyası, R.Ştrausun Valtorna və orkestr üçün Konserti Es-dur, op.11 (I hissə), A.Gilmanın “Simfonik pyes”, M.Bruxun Violin, viola və orkestr üçün e-moll, op.88 Konserti, Y.Kvantsın iki fleyta üçün g-moll Konserti (I hissə), A.Vivaldinin Violin, violonçel və orkestr üçün B-dur Konserti səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az