Bakı. Trend:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Şərq və Qərbin astanasında” adlı konsert təşkil olunub.
Trend-in məlumatına görə, musiqili gecədə solistlər Respublika və beynəlxalq müsabiqələr laureatları Aytən Rüstəmli (kamança) və Canel Nəcəfli (violin), Əli Talıbov (piano), Kənan Sadıqov (kontrsaz), Cəfər Həsənovun (kajon) müşaiyəti altında öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Tofiq Quliyev, Vasif Adıgözəlov, Astor Piazzolla, Yohannes Bramsın əsərləri səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az