...

Filarmoniyada Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil edilib (VİDEO, FOTO)

Mədəniyyət Materials 22 Aprel 2023 16:33 (UTC +04:00)
Filarmoniyada Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti təşkil edilib (VİDEO, FOTO)

Bakı. Trend:

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil edilib.

Musiqili gecədə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solist Respublika və beynəlxalq müsabiqələr laureatı Şərif Bağırov (clarinetto) öz ifasını dinləyicilərə təqdim edib.

Proqramda Sergey Raxmaninov Romans və Skertso, Paul Hindemit Simli orkestr üçün 5 Pyes, op.44, Corc Gerşvin “Rhapsody in Blue” (klarnet və simli orkestr üçün işləyəni T.Kim, ilk ifa), Semuel Kolric-Teylor Simlilər üçün 4 Novella, op.52 səslənib.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti