...

Azərbaycanın İsveçrədəki səfiri Elçin Şirinovun caz triosunu Cenevrədəki çıxışı münasibətilə təbrik edib (FOTO)

Mədəniyyət Materials 12 May 2023 12:33 (UTC +04:00)
Azərbaycanın İsveçrədəki səfiri Elçin Şirinovun caz triosunu Cenevrədəki çıxışı münasibətilə təbrik edib (FOTO)

Bakı.Trend:

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Elçin Şirinovun caz triosunu Cenevrədəki möhtəşəm çıxışı münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə səfir özünün Tvitter səhifəsində yazıb.

"Elçin Şirinovun triosunun Cenevrədəki nüfuzlu "Alhambar" zalında füsunkar Dilarə Pənahovanın rəhbərliyi ilə "İrs" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilmiş heyrətamiz caz çıxışını izlədiyim üçün şad oldum", - paylaşımda deyilir.

Azərbaycanın caz pianoçusu, bəstəkar və aranjimançı Elçin Şirinov mayın 11-də Haqqay Koen-Milo (kontrabas) və Ofri Nehemya (zərb alətləri) ilə birlikdə Cenevrədə səhnə alıb.

O, 2022-ci ilin dekabrında "All About Jazz" tərəfindən keçirilən dünyanın yaşayan 200 ən sevimli pianoçusu sorğusuna daxil edilib. 2018-2022-ci illər ərzində trionun məşhur caz kontrabas ifaçısı Avişay Koenlə qastrolları zamanı o trionun tərkibində 3 albom, həmçinin özünün "Maiden Tower" və "Waiting" albomlarını buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti