...

Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib (FOTO)

Mədəniyyət Materials 26 May 2023 16:50 (UTC +04:00)
Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib (FOTO)

Bakı. Trend:

21-25 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib.

Mayı ayının 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın bağlanış konserti keçirilib.

Musiqili gecənin əvvəlində çıxış edən musiqişünas Sara Timurova tamaşaçılara festival haqqında geniş məlumat verib.

Konsertdə dirijor Orxan Həşimovun rəhbərliyi altında “Cadenza” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə) müşayiəti ilə solistlər Zakir Əsədov (piano), Mahir Tağızadə (bariton) və Fidan Ağayeva-Edler (piano) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda İsmayıl Hacıbəyov və Rüfət Xəlilovun “Kapriççio”, Ayaz Qəmbərlinin “Melanxoliya”, Dyörd Ligettinin “Piano və orkestr üçün Konserti səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti