...

"Cadenza Contemporary Orchestra" mövsümün bağlanış konsertinə hazırlaşır

Mədəniyyət Materials 12 İyul 2023 18:27 (UTC +04:00)
"Cadenza Contemporary Orchestra" mövsümün bağlanış konsertinə hazırlaşır

Bakı. Trend:

"Cadenza Contemporary Orchestra" 18 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında mövsümün bağlanış konsertini keçirəcək.

Trend xəbər verir ki, “Sözsüz mahnı” adlı konsertdə əsasən orkestrin üzvləri solist kimi çıxış edəcək.

Hər mövsüm ənənəvi olaraq keçirilən solistlərin konsertində bu dəfə Vəfa Kuznetsova (violin), Toğrul Abdullayev (violin), Sənubər Sultanova (violonçel), Mirxalid Məmmədzadə (fleyta), Rəna Rəhimovanın (viola) ifasında Antonio Vivaldi “İki violin üçün a-moll konserti”, Felix Mendelssohn Bartholdy “Sözsüz mahnı”, Cecile Chaminade “Konsertino” və Qara Qarayev “Don Kixot” simfonik qravürlərindən “Səyahət” əsərləri ifa ediləcək.

Həmçinin mart ayında orkestr tərəfindən təşkil olunmuş “2-ci qiraət vorkşopu: Pariturlar üçün Çağırış”ın qalibi olan Afaq Xəqaniqızının “Titrəyiş öncəsi Etobur çiçəyi” adlı əsəri (solist Elşən Məmmədov) ifa olunacaq.

Qeyd edək ki, əsər Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan insanların xatirəsinə həsr olunub. Konsertə giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti