...

Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti təşkil olunub (FOTO)

Mədəniyyət Materials 4 Oktyabr 2023 16:10 (UTC +04:00)
Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti təşkil olunub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunub.

Trend xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Rəhimova (viola) və Renata Abubəkirova (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda J.Ph.Rameau «Zərdüşt» Uvertürası, W.A.MozartViolin, viola və orkestr üçün Konsert Simfoniyası Es-dur, K.364, A.Məlikov “Qızların rəqsi”, “Komdenin arzuları”, “Təlxəklərin rəqsi”,E.Grieg “Holberg zamanından” (qədim üslublu süita), op.40 səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti