...

Aşqabadda “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı konsert və foto-sərgi keçiriləcək

Mədəniyyət Materials 23 Noyabr 2023 16:44 (UTC +04:00)
Aşqabadda “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı konsert və foto-sərgi keçiriləcək
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 28-də Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı konsert və foto-sərgi keçiriləcəkdir.

Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Aşqabadın Muğam Sarayında keçirilək foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş olunacaqdır.

Sözügedən Muğam Sarayında Azərbaycanın “Muğam” qrupunun Türkmənistanın Dövlət Simfonik Orekstrinin birgə iştirakı ilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı konserti keçiriləckdir. Konsertdə musiqiçilər tərəfindən Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti