Bakı. Trend:
ABŞ-da məşhur aktyor Metyu Perrinin ölümü ilə əlaqədar 5 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, ittihamlar bu gün Los-Ancelesdə keçirilən mətbuat konfransında açıqlanıb.
ABŞ Prokurorluğunun məlumatına görə, saxlanılanlar arasında 2 həkim, Metyu Perrinin evində yaşayan şəxsi köməkçisi, “ketamin kralı” adlandırılan şəxs və digər maddə tədarükçüsü var. Onlar aktyorun ölümündən bir neçə həftə əvvəl ona ketamin adlı maddəni təmin etməkdə ittiham olunurlar. Bu şəxslər, Perrinin maddə asılılığından istifadə edərək, daha çox qazanc əldə etmək məqsədilə ona bu təhlükəli maddəni verməkdə ittiham olunurlar.
Metyu Perri, 1994-2004-cü illərdə NBC kanalında yayımlanan məşhur “Dostlar” (“Friends”) serialının ulduzlarından biri idi. 54 yaşlı aktyor ötən ilin oktyabr ayında evində ölü tapılıb, ölüm səbəbi isə yüksək dozada maddə qəbulundan yaranıb.