...

Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək - BU TARİXDƏ

Mədəniyyət Materials 16 Aprel 2025 17:53 (UTC +04:00)
Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək - BU TARİXDƏ
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Respublikasında 21-24 aprel tarixlərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Trend bu barədə Qırğızıstan Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir aprelin 21-də Qırğızıstanın Qapar Aytiyev adına Milli Təsviri İncəsənət Muzeyində Azərbaycanın milli irs və incəsənəti il bağlı sərgi ilə açılacağı bildirilir. Həmin gün sərgidən sonra Azərbaycanlı musiqi sənət ustalarının iştirakı ilə Qala-konsert keçiriləcək.

Bundan başqa, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində əsas proqramda Qırğızıstanın Alıkul Osmanov adına milli kitabxanasında Azərbaycan ədəbiyyatı güşəsinin açılışı, görkəmli şair Bəxtiyar Vahabzadənin kitabının təqdimatı, Azərbaycan dövlət rəqs ansamblının konserti, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunmuş simfonik musiqi axşamı, habelə milli musiqi alətləri ansamblının konserti və caz musiqi axşamı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti