...

Əfsanəvi Şahmar Ələkbərovun nəvəsi dünya ulduzları ilə birlikdə Hollivud filminə çəkiləcək (FOTO)

Mədəniyyət Materials 5 Dekabr 2025 20:28 (UTC +04:00)
Əfsanəvi Şahmar Ələkbərovun nəvəsi dünya ulduzları ilə birlikdə Hollivud filminə çəkiləcək (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı aktyor Eldar İsgəndərov məşhur rejissor Qrant Singerin "Reenactment" adlı yeni bədii filminin aktyor heyətinə daxil edilib. O, ekran işində dünya ulduzları – Benisio del Toro, Kameron Dias və Ana de Armas ilə birlikdə rol alacaq.

Bu barədə Trend-ə aktyor özü məlumat verib.

Layihə Benisio del Toronu yenidən Qrant Singer və "Black Label Media" istehsalat şirkəti ilə bir araya gətirir. Filmin süjeti kimi, Eldar İsgəndərovun rolu da hələlik gizli saxlanılır.

Çəkilişlərə bu ilin sonunda Los-Ancelesdə başlanacaq.

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Niderland və Belçikada böyüyüb. O, Azərbaycanın Xalq artisti, əfsanəvi aktyor və rejissor Şahmar Əlixanovun (1943–1992) nəvəsidir. Eldar Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur. “Reenactment” bu il aktyorun oynadığı üçüncü bədii filmdir. Bundan əvvəl o, "A24" və "Fruit Tree" studiyaları üçün aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada, eləcə də "Topic Studios" üçün çəkilən və Cordan Förstmanın rejissor debütü olan "Club Kid" filmində rol alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti