Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərlə əlaqədar səsvermə proseduru müəyyən edilib.
Trend-in məlumatına görə, seçkilərlə bağlı Təqvim Planına əsasən, noyabrın 1-də səhər saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanılacaq.
Saat 7:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan ediləcək və qutular möhürlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin məntəqəyə daxil olmasının başa çatdığını elan edəcək.
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ilkin məlumatlar veriləcək.