Azərbaycan, Bakı, 1 noyabr /Trend müxbir Elçin Mehdiyev/
Milli Məclisə seçkilərdə səsvermə başlayandan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumilikdə 34 müraciət daxil olub.
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında MSK Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, müraciətlər əsasən məlumat xarakterli olub: "Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".