...

Ötən gün respublikada 2 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb

Gündəm Materials 2 Fevral 2018 08:32 (UTC +04:00)
Ötən gün ölkə ərazisində 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.
Ötən gün respublikada 2 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb

Bakı. Trend:

Ötən gün ölkə ərazisində 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Qeyd olunur ki, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

"Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb", deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti