...

Təhsil Nazirliyindən hava ilə bağlı xəbərdarlıq

Gündəm Materials 29 Mart 2018 20:14 (UTC +04:00)
Təhsil Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Təhsil Nazirliyindən hava ilə bağlı xəbərdarlıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Xəbərdarlıqda deyilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.

Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti