...

Ukraynalı gimnast Bakıda Dünya Kubokunda gürzlərlə hərəkətdə qızıl medal qazanıb

Gündəm Materials 29 Aprel 2018 14:07 (UTC +04:00)
Ukraynalı gimnast Vlada Nikolçenko Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında gürzlərlə hərəkətdə qızıl medal qazanıb.
Ukraynalı gimnast Bakıda Dünya Kubokunda gürzlərlə hərəkətdə qızıl medal qazanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Ukraynalı gimnast Vlada Nikolçenko Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında gürzlərlə hərəkətdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, ukraynalı idmançı finalda 18,100 bal toplayıb.

İkinci yeri 17,800 balla Bolqarıstan təmsilçisi Boryana Kaleyn, üçüncü yeri isə 17,700 balla Rusiya təmsilçisi Mariya Sergeyeva tutub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

Xəbər lenti

Xəbər lenti