Bakı. Trend:
Qusarda 1 nəfərin kanalda batdığı ehtimal olunur. Belə ki, Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Qusar rayonunun Urva kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarışalr adavam etdirilir.