...

Avtomobildə qanunsuz yolla əldə olunmuş odunlar aşkar edildi, sürücü cərinə olundu (FOTO)

Gündəm Materials 25 İyul 2018 11:59 (UTC +04:00)
Avtomobildə qanunsuz yolla əldə olunmuş odunlar aşkar edilib.
Avtomobildə qanunsuz yolla əldə olunmuş odunlar aşkar edildi, sürücü cərinə olundu (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zaman Quba rayonu, Əski İqriq kəndi ərazisində “QAZEL” markalı "40-BN-228" dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 kubmetr həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti