...

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək

Gündəm Materials 30 İyul 2018 15:32 (UTC +04:00)
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək.
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək

Bakı. Trend:

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlik sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Respublikanın uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə V müsabiqənin qaydaları, mövcud vakansiyalar və digər məlumatlar 2018-ci ilin 15 avqust tarixində nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) və Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının (www.music.mctgov.az) “Elanlar” bölməsində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti