...

Gəncədə yol qırağında 30 yaşlı kişi bıçaqlanıb

Gündəm Materials 18 Sentyabr 2018 13:13 (UTC +04:00)
Gəncə-Şəmkir avtomobil yolunda bıçaqlanma hadisəsi olub.
Gəncədə yol qırağında 30 yaşlı kişi bıçaqlanıb

Bakı. Samir Əli - Trend:

Gəncə-Şəmkir avtomobil yolunda bıçaqlanma hadisəsi olub.

Trend-in məlumatına görə, sentyabrın 17-də axşam saatlarında 1 nəfər kəsilmiş-deşilmiş yara ilə Gəncə şəhər 3 saylı Xəstəxanasına gətirilib.

Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Yusifov Orxan Rövşən oğlu Gəncə-Şəmkir yolundakı "Hyundai-Servis"in qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti