...

Çaylarda sululuq səviyyəsi barədə

Gündəm Materials 23 Sentyabr 2018 18:31 (UTC +04:00)
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Çaylarda sululuq səviyyəsi barədə

Bakı. Trend:

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edib.

Tranzit çaylardakı son vəziyyətə gəlincə, sentyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 90 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 12 m3/s təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, sentyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 6, Salyanda 8, Bankədə 2 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il sentyabrın 17-də 321 sm), Şirvanda 183 sm (2017-ci il sentyabrın 17-də 189 sm), Salyanda 127 sm (2017-ci il sentyabrın 17-də 124 sm), Bankədə 173 sm (2017-ci il sentyabrın 17-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 sm (2017-ci il sentyabrın 17-də 60 sm) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti