...

Komitə rəsmisi: 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik

Gündəm Materials 1 Oktyabr 2018 12:36 (UTC +04:00)
Azərbaycanda artıq milli dini ədəbiyyatı formalaşdıra biləcək güc var.
Komitə rəsmisi: 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının  ölkədə yayılmasının tərəfdarı deyilik

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda artıq milli dini ədəbiyyatı formalaşdıra biləcək güc var.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, bu il dini ədəbiyyatların ekspertizası zamanı yeni prioritet də nəzərə alınır: "Bəzi ədəbiyyatlar Azərbaycana lazımdırmı?! Bir-birini təkrarlayan ədəbiyyatlar həddindən artıq çoxdur. Bu, insanların daha geniş məlumat almasını çərçivəyə salır. Adı belə öz ölkəsində tanınmayanların kitabları tərcümə edilir, amma artıq özümüzün dini ədəbiyyat yaza biləcək kifayət qədər müəllifimiz var. Təbii ki, tərcümə ədəbiyyatının əleyhinə deyilik, klassik ədəbiyyatlar tərcümə olunmalıdır, amma 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti