...

Tovuzda 60 yaşlı qadın meyvə ağacından yıxıldı

Gündəm Materials 5 Oktyabr 2018 21:38 (UTC +04:00)
Tovuzda qadın meyvə ağacından yıxılıb.
Tovuzda 60 yaşlı qadın meyvə ağacından yıxıldı

Bakı. Samir Əli - Trend:

Tovuzda qadın meyvə ağacından yıxılıb. Trend-in məlumatına görə, hadisə rayonun Xatınlı kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədova Səhər Hüseyn qızı yaşadığı evin həyətində meyvə yığarkən ağacdan yıxılıb.

Hadisə nəticəsində qadının döş qəfəsi sınıb və bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti