...

Millət vəkili: Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir

Gündəm Materials 5 Oktyabr 2018 12:19 (UTC +04:00)
Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir.
Millət vəkili: Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə müəllimlərin peşə bayramını təbrik edərkən deyib.

O qeyd edib: “Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir. Azərbaycanda təhsilə dövlət tərəfindən qayğı göstərilir. Ölkəmizdə son 15 ildə 3500 məktəb təmir edilib, yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qabağındadır. Deputatlar arasında da müəllimlik fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm”.

Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti