...

Basqal qəsəbəsinin daha böyük turizm məkanına çevrilməsi nəzərdə tutulur

Gündəm Materials 18 Oktyabr 2018 12:03 (UTC +04:00)
Basqal qəsəbəsinin daha böyük turizm məkanına çevrilməsi nəzərdə tutulur.
Basqal qəsəbəsinin daha böyük turizm məkanına çevrilməsi nəzərdə tutulur

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana gələn turistlərin sayının artması onların yerləşdirilməsi üçün tədbirlərin görülməsini vacib edir.

Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmidt deyib.

Onun sözlərinə görə, hazırda turistlərin yerləşdirilməsi məsələsinin həlli istiqamətində işlər görülür: "Təkcə Bakıda deyil, regionlarda da yaradılacaq hotellərdən xarici turistlər də istifadə edə biləcəklər".

F.Zenqstşmidt qeyd edib ki, yeni turizm strategiyası özündə turizmin bütün sahələrini əks etdirir.

Fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktoru bildirib ki, bu maliyyələşmənin böyük əksəriyyəti Azərbaycanın xarici ölkələrdə təbliğ olunmasına xərclənəcək.

O əlavə edib ki, Büronun Almaniya, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri də açılacaq.

Qoruqlarla bağlı hazırladıqları layihə barədə də danışan F.Zenqstşmidt deyib ki, onlar İsmayıllı rayonunun Basqal qəsəbəsinin daha böyük turizm məkanına çevrilməsinə nail olmağı nəzərdə tuturlar:

"Basqalın yenidən qurulması barədə göstəriş cənab Prezident tərəfindən verilib. Biz Basqalda kəlağayı sənayesinin yenidən dirçəldilməsinə nəzər yetirəcəyik. Çalışacağıq ki, Basqalda davamlı inkişafın əsaslarını qoyaq və insanlar orada qalaraq bizneslə məşğul olsunlar. Bununla da Basqalın daha böyük turistik məkana çevrilməsinə nail olacayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti