Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub.
Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.
Diplomat bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb:
"İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib".