...

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Gündəm Materials 17 Noyabr 2018 17:15 (UTC +04:00)
Samux rayonunda yarımstansiyada baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.
Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Bakı. Samir Əli - Trend:

Samux rayonunda yarımstansiyada baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu noyabrın 16-da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, noyabrın 14-də Gəncə Regional Elektrik Şəbəkəsinin Samux rayonunun Əhmədbəyli kəndindəki 330 KV-luq Gəncə yarımstansiyasının 5-ci hava xəttində qısaqapanmadan yanğın baş vermişdi.

Hadisə nəticəsində yarımstansiyanın elektrik montyoru Həsənov Elmir Natiq oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti