...

Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib

Gündəm Materials 19 Dekabr 2018 11:40 (UTC +04:00)
2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib.
Bu il ölkədə 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib

Bakı. Samir Əli - Trend:

2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bunun əsas səbəbləri həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin olması və müəyyən məqsədlərlə bağlı çap edilməsi olub: "Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub. Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub, düşmənçilik yayır. Onların sayı təxminən 800-ə yaxındır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti