...

"Hamiləlikdə İnkişaf Portalı"nın Gəncə şəhərində təqdimatı olub (FOTO)

Gündəm Materials 7 Mart 2019 15:07 (UTC +04:00)

Bakı. Trend:

Martın 7-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırlanan “Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Gəncə şəhərində təqdimatı keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə səhiyyə sahəsində aparılan islahatlardan, əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün yaradılan infrastrukturdan və həyata keçirilən maarifləndirmə tədbirlərindən söz açılıb.

“Hamiləlikdə İnkişaf Portalı” layihəsinin Bakı şəhəri və regionlarda yaşayan gələcək anaların sağlam hamiləlik dövrü keçməsi, maariflənməsi və sosial aktivliyinin artmasında faydalı olacağı bildirilib. Belə ki, portalda hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda informasiyalar toplanıb. Android və iOS əməliyyat sistemləri üçün istifadəyə verilmiş mobil tətbiqin əsas üstünlüyü isə ondan ibarətdir ki, burada qeydiyyatdan keçmiş qadınlara hamiləlik müddətinə uyğun həftəlik dəyişikliklər, eləcə də layihə çərçivəsində həyata keçiriləcək sosial tədbirlər barədə məlumatlar göndəriləcək.

Tədbirdə layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowomen”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi təşkilatları ilə əməkdaşlıq istiqamətlərindən də söz açılıb, iştirakçılara müxtəlif maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Hamiləlikdə İnkişaf Portalı” layihəsi həm də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti