...

Ruhi xəstə olan Nardaran sakini itkin düşdü

Gündəm Materials 31 May 2019 20:07 (UTC +04:00)
Bakıda ruhi əsəb xəstəsi itkin düşüb.
Ruhi xəstə olan Nardaran sakini itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda ruhi əsəb xəstəsi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Nardaran qəsəbəsi, Lahic bağları, 5-ci sahədə yaşayan, 2002-ci il təvəllüdlü Babayev Ələkbər Hüseyn oğlu mayın 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qeyd edək ki, Ə.Babayev 1 saylı Respublika Psixatriya Xəstəxanasında qeydiyyatadır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti