...

Gözəllik salonunda arvadına 12 bıçaq vurdu və...

Gündəm Materials 3 İyul 2019 13:13 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gözəllik salonunda arvadına 12 bıçaq vurdu və...

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən hadisə baş verən ərazinin sahə inspektoru Zaur Qasımov bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş həyat yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib. Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq olunub.

Sahə inspektoru deyib ki, hadisə günü Zaur Rzayev ona zəng edərək keçmiş yoldaşını bıçaqladığını söyləyib.

Təqsirləndirilən Zaur Rzayev də deyilənləri təsdiqləyib. O bildirib ki, hadisədən sonra polisə təslim olub.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 8-də davam edəcək.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub. O istintaqa bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib. Bundan əsəbiləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək, ona 12 bıçaq zərbəsi vurub. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti